İnfantino: "Başa düşmüşük ki, futbol ən önəmli məsələ deyil"

İnfantino: "Başa düşmüşük ki, futbol ən önəmli məsələ deyil"
FIFA prezidenti Canni İnfantino davam edən koronavirus pandemiyası ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, qurum başqanı belə deyib:
"Əminəm ki, son aylarda siz də mənim kimi gündəlik yaşamı daha düzgün aspektdən qiymətləndirməyi öyrənmisiz. Hamımız başa düşmüşük ki, futbol heç də ən önəmli məsələ deyil. Təbii, daha önəmli olan insan sağlamlığıdı. İndiki xoşagəlməz dönəm hamımıza daha yaxşı cəmiyyət və daha yaxşı futbol mövzuları ətrafında düşünmək fürsəti verdi. Rəhbəri olduğum qurum çətin vaxtlarda birlik və həmrəylik nümayiş etdirdi. Dünya futbolunu idarə edən təşkilat olaraq bu idman növünü qloballaşdırmaq və daha yüksək səviyyəyə gətirmək istəyirik. Klub futbolunun inkişafı qarşıya qoyduğumuz hədəfin ayrılmaz hissəsidi. Bütün qitələrdə daha çox futbolçunun yüksək səviyyəli yarışlara qatılması başlıca məqsədlərimizdəndi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər