Bu qış etdiyi transferlərlə gündəmə gələn Çin klubları ilə bağlı daha bir xəbər yayılıb. Fanat.az xəbər verir ki, ölkənin ən varlı klublarından olan "Quanqzou Everqrande" Halkı heyətinə qatmaq istəyir.
İddiaya görə, Asiya təmsilçisi braziliyalı futbolçu üçün "Zenit"ə 30 milyon avroluq (53 milyon 247 min manat) təklif göndərməyə hazırlaşır.
Məsələ ilə bağlı danışan Halk özü bunları deyib: "Transfer məsələsində həm mənim, həm də klubumun razı qalması vacibdi. Bununla hazırda menecerim məşğul olur".
Fanat.az