"İnanırıq ki, FIFA futbolu siyasətə qatmayacaq" - Niv Qoldşteyn

"İnanırıq ki, FIFA futbolu siyasətə qatmayacaq" - Niv Qoldşteyn

İsrail Futbol Assosiasiyasının baş direktoru Niv Qoldşteyn bir neçə ölkənin milli federasiyalarının FİFA-ya rəsmi müraciət ünvanlayaraq sözügedən ölkənin yarışlardan kənarlaşdırılmasını istəməsinə münasibət bildirib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, futbol funksioneri belə danışıb:

"İnanırıq ki, FIFA futbolu siyasətə qatmayacaq. Biz futbolun və ümumiyyətlə, idmanın siyasətə qarışmasının əleyhinəyik. Biz yalnız futbol məsələlərinə diqqət yetirmişik və AÇ-2024-ə vəsiqə qazanmaq arzusundayıq".

Qeyd edək ki, 12 Yaxın Şərq ölkəsinin futbol qurumları İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara qarşı çıxaraq ali futbol qurumuna məktub yazıblar. Onlar həmçinin 6 konfederasiyaya və FIFA-ya üzv olan 211 assosiasiyaya da yazılı müraciət ediblər. Həmin ölkələrin arasında İordaniya, Fələstin, Səudiyyə Ərəbistanı və Qətər də var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər