"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden sosial məsafə qaydalarını pozub.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, Fodenin çimərlikdə dostları ilə birlikdə futbol oynadığına dair fotolar və videolar yayılıb. "Siti" rəhbərliyinin yaxın günlərdə 20 yaşlı futbolçu ilə görüşəcəyi və onu cəzalandıracağı gözlənilir.
Premyer Liqa klublarının təmas məşqlərinə başlamasına icazə verilib. Lakin oyunçular məşq bazasından kənarda lazımsız təmasdan yayınmaq məcburiyyətindədilər.
Fanat.Az