İlin ən yaxşı qadın futbolçusu bəlli oldu

İlin ən yaxşı qadın futbolçusu bəlli oldu
2020-ci ilin ən yaxşı qadın futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, FIFA-nın mükafatının sahibi qurumun İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında təşkil olunan tədbirdə elan olunub.
Koronavirus pandemiyası üzündən onlayn keçirilən mükafatlandırmada milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi açıqlanıb. Ən yaxşı adına Lüsi Bronz (İngiltərə, "Lion”/"Mançester Siti”) layiq görülüb. 
O, Pernil Harder (Danimarka, "Volfsburq”/"Çelsi”) və Vendi Renarı (Fransa, "Lion”) qabaqlayıb.
Qeyd edək ki, ötən il ən yaxşı adına Meqan Rapino (ABŞ, "Reyin”) layiq görülüb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər