İlin ən yaxşı gənc futbolçusu adına namizədlər - SİYAHI

İlin ən yaxşı gənc futbolçusu adına namizədlər - SİYAHI
Fransanın "France Football” nəşri ilin ən yaxşı gənc futbolçusu adına namizədləri elan edib.
Fanat.Az xəbər verir ki, siyahıda ingiltərəli Ceydon Sanço ("Borussiya” Dortmund, Almaniya), almaniyalı Kay Haverts ("Bayer” Leverkuzen, Almaniya), nigeriyalı Samuel Çukvueze ("Vilyarreal”, İspaniya), hollandiyalı Matteys de Liqt ("Yuventus”, İtaliya), fransalı Matteo Genduzi ("Arsenal”, Almaniya), portuqaliyalı Joau Feliş ("Atletiko” Madrid, İspaniya), cənubi koreyalı Li Kan İn ("Valensiya”, İspaniya), italiyalı Moyze Kin ("Everton”, İngiltərə), ukraynalı Andrey Lunin ("Valyadolid”, İspaniya) və braziliyalı Vinisius Junior ("Real Madrid”, İspaniya) yer alıblar.
Ən yaxşı qadın futbolçu adına isə amerikalılar - Meqano Rapino, Rouz Lavell, Tobin Hit, hollandiyalılar - Like Martens, Sari Van Venendal, isveçlilər - Kosovare Asllani, Sofiya Yakobsson, fransalı Vendi Renar, braziliyalı Marta və norveçli Ada Hergerberq iddia edirlər.
Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə olacaq.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər