İlin ən yaxşı futbolçusu Levandovski oldu, Messi isə...

İlin ən yaxşı futbolçusu Levandovski oldu, Messi isə...

Polşa millisinin və Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Fanat.Az xəbər verir ki, 33 yaşlı forvard "Tuttosport" nəşrinin versiyasına əsasən bu ada yiyələnib. O, veteran oyunçuların səsverməsi nəticəsində qalib elan olunub. Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Etoo, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.

İkinci yeri İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo tutub. Argentina yığmasının və Fransa PSJ-sinin forvardı Lionel Messi isə 3-cü olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər