Bir neçə gün əvvəl meneceri ilə yollarını ayıran Robert Levandovski ilə bağlı transfer xəbərləri artır. Fanat.Az xəbər verir ki, "Real"ın maraq dairəsində olduğu deyilən polşalı ulduzun daha iki klubun hədəfinə çevirildiyi iddia olunur.
"The Sun"un xəbərinə görə, "Bavariya"nın futbolçusunu "Mançester Yunayted"lə "Çelsi" heyətinə qatmağa çalışır. Almaniya klubu 2021-ci ilədək müqaviləsi olan Levanın Premyer Liqada forma geyinmək istədiyi bildirilir.
Qeyd edək ki, Levandovski bu mövsüm meydana çıxdığı 34 rəsmi oyunda 29 qol vurub və 3 məhsuldar ötürmə verib.
Fanat.Az