İki futbolçuya 145 milyon

İki futbolçuya 145 milyon
İngiltərənin "Everton" klubunun sahibi Fərhad Moşiri 2016/17 mövsümü üçün iddialı heyət qurmaq istəyir. Fanat.az xəbər verir ki, iranlı iş adamı heyətə yeni futbolçular qatmaqla yanaşı, komandanın iki ulduzunu da saxlamaq niyyətindədi.
Belə ki, klub sahibi Avropanın elit klublarının maraq dairəsində olan belçikalı Romelu Lukaku və ingilis Con Stonesin getməsini istəmir. Bu səbəbdən o, Lukakuya 90, Stonesə 55 milyon avro qiyiət qoyub.
Bu iki futbolçuya bir çox klublar maraq göstərir. Ən ciddi təkliflərin isə "Mançester Siti" və PSJ-dən olduğu bildirilir.
Qeyd edək ki, "Everton" Romelu Lukakunu 2014-cü ildə "Çelsi"dən 35.36, Con Stonesi 2013-cü ildə "Barnsli"dən 3.5 milyon avroya transfer edib. "Transfermarkt" hazırda birinciyə 40, ikinciyə 28 milyon avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər