Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, dünya çempionatının pley-off mərhələsində martın 22-də Almere şəhərində keçiriləcək Hollandiya - Azərbaycan oyunu üçün yığmamızın yekun heyətində 14 futzalçı yer alıb.
Baş məşqçi Tino Peres Bakıda keçirilən təlim-məşq toplanışına 17 oyunçu dəvət etsə də, hazırlıqlardan sonra onların üçündən imtina edib. Belə ki, Elnur Zamanov, Samir Həmzəyev və Zeynal Zeynalov heyətdən kənarda qalıb.
Hollandiya ilə ilk matça isə Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu Fernandes, Eduardo Mello, Auqusto Sezar, Fineo de Araujo, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Xətai Bağırov və Rafael Durval yollanacaq.
Qeyd edək ki, yığmalar arasında cavab oyunu aprelin 12-də baş tutacaq.
Fanat.az