Həndbol üzrə ölkə kubokunun püşkatma mərasimi keçirildi

Həndbol üzrə ölkə kubokunun püşkatma mərasimi keçirildi

Azərbaycan Həndbol Federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.

Federasiyanın idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024/2025 mövsümündə ölkə kubokunun aprelin 26-da “AHF Arena”da start götürəcəyini bildirib. Olimpiya sistemi ilə təşkil olunacaq yarış 1/4 finaldan başlayacaq.

2023/2024 mövsümündə ölkə kubokunun finalçıları olan kişilərdən ibarət “Azəryol” və “Bakı”, qadınlardan ibarət “Azəryol” və “Kür” komandaları yarımfinaldan mübarizəyə qoşulacaqlar. Bu mərhələyə mayın üçüncü ongünlüyündə start veriləcək.

Tədbirdə turnirin reqlamenti, qaydaları və oyun cədvəli haqqında ətraflı məlumat verilib, iştirakçı komandaların siyahısı elan olunub. Ümumilikdə 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası əsas mükafat uğrunda mübarizə aparacaq.

Püşkatma mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb, turnirlə bağlı bütün detallar müzakirə edilib.

1/4 finalda üz-üzə gələcək komandalar:

26 aprel

Qadınlar

Bakı - İdman Akademiyası

Kişilər

Gənclər Birliyi – Dinamo İdman Akademiyası – Təhsil U-17 - Kür

27 aprel

Qadınlar

Təhsil – Qarabağ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər