Həmid Ağalarov ilin futbolçusu seçildi

Həmid Ağalarov ilin futbolçusu seçildi

"Ufa"nın futbolçusu Həmid Ağalarov Rusiya Premyer Liqasında (RPL)  2021/22-ci illər mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti  məlumat yayıb. 

Səsvermədə 131 xal toplayan 21 yaşlı hücumçu birinci olub. “Dinamo”nun yarımmüdafiəçisi Arsen Zaxaryan qalibdən 5 xal geri qalıb. Üçüncü yeri isə 46 xalla "Krasnodar"ın futbolçusu Eduard Spertsyan tutub.

Qeyd edək ki, 2021/22-ci illər mövsümündə RPL-də 29 oyun keçirən Ağalarov 19 qol vurub və bu göstərici ilə çempionatın bombardiri olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər