Həkimlərin qurbanı olan futbolçu ölüm ayağında

Həkimlərin qurbanı olan futbolçu ölüm ayağında

Məşhur xorvat futbolçu İvan Klasniç ağır vəziyyətdədi. Fanat.Az xəbər verir ki, buna səbəb həkimlərin iki dəfə ona səhv böyrək köçürməsi olub.

Almaniya mətbuatının yazdığına görə, 37 yaşlı veteran futbolçuya 2 dəfə uyğun olmayan böyrək köçürən həkimlər artıq cəzalandırılıb. Onlarada 100 min avro cərimə kəsilib.

Həkimlərin səhvi səbəbindən Klasniçə üçüncü dəfə böyrək köçürülməlidi.

Qeyd edək ki, Klasniç karyerası ərzində Almaniyanın "Sank-Pauli", "Verder", "Maynts 05", Fransanın "Nant" və İngiltərənin "Bolton" klublarında çıxış edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər