19 yaşlı futbolçudan iddialı açıqlama: "Heç nədən qorxmuram"

19 yaşlı futbolçudan iddialı açıqlama: "Heç nədən qorxmuram"
Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holann "France Football" nəşrinə müsahibəsində maraqlı məqamlara toxunub.
Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu qorxusuz olduğunu bildirib:
"Mən heç nədən qorxmuram. Ya da yox, ilanları unutdum. Onlara nifrət edirəm, bu qədər.
Zədədən qorxmaq? Buna görə geri addım atmaq olmaz. Bu barədə düşünməyə başlasan, içində qorxu yaranacaq və irəliyə doğru addım ata bilməyəcəksən".
Holann PSJ-nin gənc istedadı Kilian Mbappe haqqında da fikirlərini bölüşüb:
"Mbappe fantastik futbolçudu. İlk dəfə idi ki, ona qarşı oynayırdım. O, çox istedadlı futbolçudu və potensialı böyükdü. Mbappenin bu yaşda etdiklərinə və göstəricilərinə nəzər salanda hər şey aydın olur".
Son olaraq, norveçli forvard hədəfləri barədə danışıb:
"Bundesliqanın bombardiri olmaq istəyirəm. Amma mən təkcə rekordlar barədə düşünən biri deyiləm. Bu, mənlik deyil. Sadəcə komandamı düşünürəm və onlara ən yaxşı formada kömək etməyə çalışıram. Bundan başqa heç nə".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər