Həbsxanaya düşən futbolçular: Cavid Hüseynov, Toni Adams..

Həbsxanaya düşən futbolçular: Cavid Hüseynov, Toni Adams..
Vergidən yayınmaya görə məhkəmə qarşısına çıxarılan Lionel Messi və atasına 21 ay həbs cəzası verilib. Amma İspaniya qanunlarına görə onlar məhbəs həyatı yaşamayacaq. Həmin qanuna əsasən 24 aydan az cəza almış şəxslər həbsxanaya salınmır.
Bəs Messidən əvvəl hansı futbolçular həbs cəzası alıb. Fanat.az onlardan bəzilərini təqdim edir.
Corc Best - "Mançester Yunayted"in əfsanəsi 1984-cü ildə polisi təhqir etdiyinə və zəmanət üçün tələb olunan pulu ödəyə bilmədiyinə görə 3 ay həbsdə yatıb.
Toni Adams - "Qəbələ"nin sabiq baş məşqçisi və idman direktoru 1990-cı ilin mayında yol qəzasına düşmüşdü. Bu zaman məlum olmuşdu ki, o, 27 dəfə sürət həddini aşıb. Həmin ilin dekabrında 4 aylıq həbs cəzası alan Adams 1991-ci ilin fevralında azad edilmişdi.
Rene Hiquyta - 1990-cı illərdə narkotik taciri Pablo Eskobarın günahkar olduğu bir uşaq qaçırma olayına yardım etməkdə suçlanan futbolçu 7 aylıq həbs cəzası almışdı. 
Dunkan Ferqyuson - Aqressiv hərəkətləri ilə tanınanfutbolçu 1994-cü ildə oynanılan bir matçda rəqibinə kəllə ataraq qırmızı vərəqə almışdı. Bundan sonra ona 3 aylıq həbs cəzası verilmişdi. Amma 44 gün sonra azadlığa buraxılıb.
Peter Storey - Yetirməsi olduğu "Arsenal"da 1962-1977-ci illər aralığında çıxış edən futbolçu iki dəfə həbsə düşüb. 1971-ci ildə saxta qızıl hazırlatdırmağa görə məhkum edilən Storey azadlığa çıxandan sonra da rahat durumayaraq bu dəfə qanunsuz fahişəxana işlətdiyinə görə 1 il cəza almışdı.
Coey Barton - Bir çox qalmaqallı hərəkətləri ilə yaddaşlarda qalan futbolçu "Mançester Siti"nin formasını geyinərkən komanda yoldaşı Osman Dabonu yumruqla vurduğu üçün 6 ay həbs cəzası alıb.
Jermain Pennant - 2005-ci ildə "Birmingem"in formasını geyinərkən arabası ilə bir yol işığını vurmuşdu. Polis tərəfindən aparılan alkaqol testi zamanı onun qanuni həddən 2,5 dəfə artıq içki qəbul etdiyi müəyyənləşmişdi. 3 ay cəza alan Pennant 30 gün sonra azadlığa çıxmışdı.
Lee Haqes - Qaydaları pozaraq törətdiyi qəzada bir nəfərin ölümünə, birinin ağır yaralanmasına səbəb olan futbolçuya 6 il həbs cəzası verilmişdi.
Marlon Kinq - 2002-ci ildə adı bir oğurluq olayına qarışdığı üçün 5 ay həbsdə yatıb.
Laşlo Bodnar - Avtomobili ilə evinə gedərkən sürət həddini aşaraq piyada keçidində vurduğu velesiped sürücüsü öldüyü üçün 1 il cəza alıb.
Çad Evans - 2012-ci ildə 19 yaşlı qıza təcavüzə görə həbs olunan futbolçu 5 il cəza alsa da, 2.5 il sonra azad edilib.
Adam Yohnson - "Sanderlend"in formasını geyinən futbolçu bir neçə ay əvvəl yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün 6 il həbs cəzası alıb.
Cavid Hüseynov - Hazırda həbsdə oluna "Qəbələ"nin və millimizin sabiq üzvü Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölüm işinə görə həbs olunub. Cinayəti bilib gizlətməkdə günahlandırılan futbolçunu məhkəmə 4 il azadlıqdan məhrum edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər