Həbs olunan məşhur futbolçular - FOTOLAR

Həbs olunan məşhur futbolçular - FOTOLAR

Bu gün saytın oxucularına maraqlı bir neçə faktı təqdim etmək qərarına gəldik. Söhbət qanunu pozan tanınmış futbolçulardan gedəcək. 

Fanat.Az futbol oynamaqla yanaşı, həbsxana həyatı sürən tanınmış oyunçulardan bir neçəsini təqdim edir:

Rene İgita

Əfsanəvi kolumbiyalı futbolçu Rene İgita (Rene Higuita) 1993-cü ildə məşhur narkobaron Pablo Eskobarla (Pablo Escobar) iş birliyi edərkən yaxalanıb.

Eskobar yerli cinayətkar dəstənin başçısı Luis Karlos Molinanın qızını qaçırıb əvəzində pul tələb edirdi. İgita isə hənim məbləği alıb Medelyin kartelinə ötürən vasitəçi rolunu oynayır.

Təbii ki, kolumbiyalı qapıçının bu qorxunc sövdələşmədən öz payı var idi - 64 min dollar. Cinayətə görə İgita həbs cəzası alır, ancaq kifayət qədər sübutun olmadığı üçün cəmi 7 ay müddətinə azadlıqdan məhrum edilir.

Həbs olunan məşhur futbolçular - FOTOLAR

Troy Dini 

"Uotford"un sabiq kapitanı Troy Dininin qaranlıq keçmişi olub. Atasına xərçəng diaqnozu qoyulduqdan sonra depressiyaya düşən futbolçu dostları ilə yerli gecə klublarından birində içki içərək fikrini dağıtmaq istəyib. İçdikdən sonra fikrinin əvəzinə klubu dağıdan Dini və dostları 4 nəfər tələbəni döyərək ağır xəsarətlər yetirib. Nəticədə Dini xuliqanlığa görə 10 aylıq cəza alır, ancaq nümunəvi davranışına görə 3 aydan sonra azadlığa buraxılır.

Həbs olunan məşhur futbolçular - FOTOLAR

Toni Adams 

"Arsenal"ın keçmiş müdafiəçisi, "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams (Tony Adams) 1990-cı ilin dekabrında həbs olunub.

"Topçular"ın əfsanəsi içkili halda sürətlə avtomobil idarə edərkən polislərin əmrinə tabe olmayıb və onları söyüb. Nəticədə 4 ay həbs cəzası alan Adams onlardan ikisini dəmir barmaqlıqlar arasında keçirib. 

Həbs olunan məşhur futbolçular - FOTOLAR

Eduard Streltsov 

SSRİ yığmasının və Moskva "Torpedo"sunun tanınmış hücumçusu Eduard Streltsov 1958-ci ilin iyununda zorlamada ittiham olunaraq 12 il sərt rejimli koloniyada cəza alır. Futbolçunu xatırlayanlar onun belə bir cinayətə qadir olduğunu düşünə bilməzdilər, amma fakt olduğu kimi qalır. Streltsov hökmdən 5 il sonra şərti olaraq sərbəst buraxılır və yenidən futbola qayıdır.

Həbs olunan məşhur futbolçular - FOTOLAR

Paolo Rossi 

Dünya çempionu və "Qızıl top" mükafatının sahibi oyun alqı-satqısında şübhəli bilinir. Buna görə futbolçu 5 ay həbs cəzası alır və 3 illik futboldan uzaqlaşdırılır. Cəza müddəti bitəndən sonra Rossi karyerasını davam etdirib. 

Həbs olunan məşhur futbolçular - FOTOLAR

Breno Borjes 

"Bayern Münhen" və "San Paulo"nun sabiq futbolçusu dələduzluqda günahlandırıldı. Sığorta ödənişini almaq məqsədi ilə şəxsi evini yandıran futbolçu həm evindən, həm də azadlığından məhrum olur. Yerli ədliyyə futbolçuya 4 il həbs cəzası təyin edir.

Həbs olunan məşhur futbolçular - FOTOLAR

Ronaldinyo

Braziliyalı futbol əfsanəsi Ronaldinyo da həbs cəzası çəkənlər siyahısındadır. Saxta sənəd düzəltməkdə günahkar bilinən Ronaldinyo Paraqvay həbsxanasında 1 ay qalıb.

Həbs olunan məşhur futbolçular - FOTOLARHəbs olunan məşhur futbolçular - FOTOLAR

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər