Həbib Nurməhəmmədov fanatı olduğu futbolçunu açıqladı

Həbib Nurməhəmmədov fanatı olduğu futbolçunu açıqladı
İrlandiyalı Konor Makqreqoru yenərək UFC çempionu olan Həbib Nurməhəmmədov ən çox sevdiyi futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, dağıstanlı idmançı "Al Iİttihad" qəzetinə müsahibəsində "Liverpul"da çıxış edən misirli Məhəmməd Salahın pərəstişkarı olduğunu bildirib:
Həbib Nurməhəmmədov fanatı olduğu futbolçunu açıqladı
"Məhəmməd Salahla tanış olmamışam. Amma onu yaxından izləyirəm. Çox yaxşı futbolçudu. Mədəniyyətimizi və əxlaqımızı dünyaya çatdıra bilmək üçün onun kimi insanlara ehtiyacımız var. Sıfırdan başlayıb bu günlərə gəlib çıxıb. Çünki hər zaman intizamlı və əxlaqlı olub. Allah bizim yanımızdadı, mən belə hiss edirəm. Yeni nəsilin Salahdan öyrənəcək çox şey var. O, həqiqətən idealdı".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər