Hakimləri təhqir edən baş məşqçi və futbolçuları cəzalandırıldı

Hakimləri təhqir edən baş məşqçi və futbolçuları cəzalandırıldı
AFFA İntizam Komitəsi hakimləri təhqir edən baş məşqçi və futbolçuları cəzalandırıb.
Fanat.Az xəbər verir ki, Region Liqasında keçirilən "Füzuli” – İmişili” oyunun 35-ci dəqiqəsində qonaq komandanın baş məşqçisi Süleyman İsayev hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb. 82-ci dəqiqədə isə "İmişli”nin futbolçusu Elnur Məmmədov analoji davranışa görə qırmızı vərəqə aldığı üçün 4 matçlıq diskvalfikiyasiya edilib.
"Ağsu Siti” – "Gənclik” (Sabirabad) duelində qonaqların heyətində Amid Zeynalov 58-ci, Elmar İsgəndərov isə 90-cı dəqiqədə hakimi təhqir edib və qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün hər ikisi 4 oyun cəzalanıb.
Futzal üzrə İkinci Liqanın "Baker Tilliy” – "Star Karqo” qarşılşamasında qonaqların oyunçusu Anar Məmmədov 15-ci dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan çıxdığı zaman hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanıb.
Futzal üzrə Birinci Liqanın "Metropoliten” – "Sovetski” görüşünün 3-cü dəqiqəsində qonaqların oyunçusu Fərid Şahbazov təhqiramiz ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər