Hakimi söyən futbolçunun cəzası bilindi

Hakimi söyən futbolçunun cəzası bilindi

“Çelsi”nin futbolçusu Ris Ceyms cəzalandırılıb.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, müdafiəçi Premyer Liqanın 6-cı turunun “Aston Villa” ilə görüşündə (0:1) baş hakim Cared Cilletin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün diskvalifikasiya olunub. 

Bud nahiyəsindən zədələndiyi üçün həmin oyunda iştirak etməyən, ancaq stadionda olan cinah oyunçusu matçdan sonra tribunada hakimi söyüb.Onun davranışı kameralara düşüb.

Federasiya Ceymsi 1 oyunluq cəzalandırıb və onu 90 min funt sterlinq cərimələyib. Futbolçu Premyer Liqanın 8-ci turunun oktyabrın 7-də “Bernli” ilə keçiriləcək oyununu buraxacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər