Hacı Hacıyev futbolçunun anasını söyüb klubdan qovdurdu

Hacı Hacıyev futbolçunun anasını söyüb klubdan qovdurdu
Rusiyanın "Amkar" klubunun hücumameyilli yarımmüdafiəçisi Georgi Peyev baş məşqçisi Hacı Hacıyevlə dalaşdığı üçün komandadan ayrılıb.
Fanat.az xəbər verir ki, Rusiya kubokunun "Zenit"lə yarımfinal oyunundan sonra Perm klubu penalti seriyasında 3:4 hesabı ilə uduzub, bolqar oyunçu isə zərbələrdən birini qola çevirə bilməyib.
"Mən bu matçdan sonra ümumiyyətlə futbolla qurtardım. Daha "Amkar"da çıxış etməyəcəyəm, klubla müqaviləm pozuldu. "Zenit"lə matçdan sonra biz sərt şəkildə məşqçi ilə mübahisə etdik. Bir dəfə dözdüm, ikinci dəfə artıq dözmək mümkün deyildi. Matçın sonlarında künc zərbəsi vurmağa qaçırdım, çünki bu mənim işimdir və bu an Hacıyev qışqırdı ki, sən yox, Cikiya vuracaq... Bu xırda şeydir, ancaq psixoloji baxımdan vacib andır. Matçın qurtarmasına 1 dəqiqə qalmış o göstərir ki, mən künc zərbəsi vurmağa layiq deyiləm və ya mən bunu yaxşı etmirəm".
Bolqarıstan millisinin sabiq futbolçusu bildirib ki, oyundan sonrapaltardəyişmə otağında məşqçiyə əl vermədiyi üçün bir-birləri ilə kobud danışıblar. 37 yaşlı futbolçu "Anji"yə qol vursa da, "Zenit"lə cavab oyunundan sonra tərəflər arasında yenə mübahisə düşüb: "Oyundan sonra mən meydançadan məyus şəkildə ayrıldım, məşqçiyə əl vermədim, sadəcə azarkeşləri alqışladım və formamı dəyişməyə getdim. O isə hamının yanında qışqırmağa başladı: "Sən nə vaxt əl verməyi öyrənəcəksən?!" Və ana söyüşləri işlətdi. Mən də durub eynilə cavab verdim. Bunlar çox yaxşı olmayan şeylər idi".
Futbolçunun meneceri Mirço Dimitrov isə "Amkar" rəhbərliyi ilə danışıb. Ordan bildiriblər ki, Hacı Hacıyev onların qarşısında tələb qoyubmuş ki, ya futbolçu, ya da o klubda qalmalıdır. Nəticədə "Amkar" təcrübəli məşqçini saxlamağa üstünlük verib. Meneceri isə Georgi Peyevin karyerasını BƏƏ və ya Çində davam etdirə biləcəyini qeyd edib. (Qaynarinfo.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər