Gürcü futbolçu AÇ tarixinə düşdü - Bunu Platini, Şirer,van Nistelroy və Ronaldu da bacarıb

Gürcü futbolçu AÇ tarixinə düşdü - Bunu Platini, Şirer,van Nistelroy və Ronaldu da bacarıb

Gürcüstan millisi AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Portuqaliyanı sensasion şəkildə məğlub edərək (2:0) turnirin 1/8 final mərhələsinə yüksəlib.

Fanat.Az xəbər verir ki, sözügedən komandanın və AÇ-nin əsas bombardiri hər oyunda fərqlənməyi bacaran George Mekautadzedir.

"Opta"-nın məlumatına görə, Mikautadze Avropa çempionatlarının tarixində qrup mərhələlərində komandasının hər oyununda ən azı bir qol vurmağı bacaran 9-cu futbolçu olub.

Gürcüdən əvvəl bu nailiyyətə Mişel Platini (1984), Alan Şirer (1996), Xristo Stoiçkov (1996), Savo Miloşeviç (2000), Milan Baroş (2004), Ruud van Nistelroy (2004), Qaret Beyl (2016) və Kriştianu Ronaldu (2021) imza atıb.

Qeyd edək ki, Gürcüstan millisi 1/8-də İspaniya ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər