"Arsenal"ın sabiq baş məşqçisi, hazırda FIFA-da Futbolun Qlobal İnkişafı departamentinin rəhbəri postunu tutan Arsen Venger koronavirus pandemiyasının futbol dünyasına təsirlərindən danışıb.
Fanat.Az xəbər verir ki, Venger Emi Lourensə açıqlamasında bu periodda aşağı liqaları təmsil edən klubların əziyyət çəkəcəyini bildirib:
"Güclülər daha güclü olacaq, zəiflər isə daha da zəif. Fərq arta bilər. İqtisadi proqnozlara nəzər salsanız, Avropa daxilində məhsuldarlığın 8-10% düşəcəyini görə bilərsiniz. Avropa Mərkəzi Bankı növbəti ildən vəziyyətin yenidən müsbətə doğru dəyişəcəyini proqnozlaşdırır.
Məncə, top klublar üçün iqtisadi baxımdan elə də böyük dəyişiklik olmayacaq. Bu dönəmdə aşağı liqa təmsilçiləri çox əziyyət çəkəcəklər. Futbolun əsas problemi üst yox, alt səviyyə ilə bağlıdı.
Mən nikbinəm. Dünya yenidən irəliləyəcək. Görüləsi çox iş var və ümid edirəm ki, mən də proseslərin gedişinə öz töhfəmi verə biləcəm".
Fanat.Az