Türkiyənin paytaxtı Ankarada keçirilən U-18 Gənclər Liqasının oyununda komandalar arasında dava düşüb.
Fanat.Az DHA-ya istinadən xəbər verir ki, "Tigemspor" - "Akyurt Belediyespor" matçından sonra baş verən insidentdə 3 futbolçu xəsarət alıb.
Görüşün son dəqiqələrində qələbə (3:2) topunu vuran qonaq komanda hakimin final fitindən sonra meydanı tərk etmək istəyərkən "Tigemspor"un futbolçuları onlara əvvəlcə sözlü, ardından fiziki təzyiq göstəriblər. Daha sonra iki komandanın futbolçuları arasında yumruq-təpik davası olub. Texniki heyət üzvlərinin, rəhbər şəxslərin və polisin müdaxiləsi ilə onları ayırmaq mümkün olub.
Üç futbolçunun xəsarət aldığı davadan sonra komandalar bir-birindən şikayət etməyib.
Matçın baş hakimi Sabri Emre Tekin isə matçın sonunda baş verənləri izləyib və paltardəyişmə otağına gedib. Hər iki komandanın rəsmilərini otağına çağıran Tekin “Tigemspor”dan 6, “Akyurt Belediyespor”dan isə 2 futbolçuya qırmızı vərəqə göstərdiyini açıqlayıb.
Ankara Amatör Küme U18 Gençler Ligi'nde oynanan Tigemspor - Akyurt Belediyespor maçının ardından çıkan kavgada 3 futbolcu yaralandı ? Karşılaşmanın hakemi Sabri Emre Tekin, maç sonunda 8 futbolcuya kırmızı kart gösterdi ? //t.co/y0MYt4vQ17 pic.twitter.com/uMEe5VmbqS
— DHA Spor (@dhaspor) November 23, 2021
Mirağa