Gəncə klubunun baş məşqçisi futboldan uzaqlaşdırıldı

Gəncə klubunun baş məşqçisi futboldan uzaqlaşdırıldı

AFFA U-13 Liqasında çıxış edən "Azəri" komandasının baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub.

Fanat.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Gəncə təmsilçisinə rəhbərlik edən mütəxəssis "Turan Tovuz"la matçda baş hakimi təhqir edib, referinin şərəf və layaqətini alçaldıb. Bundan əlavə, baş məşqçi ədalət təmsilçisini vurmağa da cəhd edib.

Görüş yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər