İtaliyanın "Recina" klubunun keçmiş qapıçısı Daniel Leone vəfat edib.
Fanat.Az xəbər verir ki, futboçu 28 yaşında beyin xərçəngindən dünyasını dəyişib. Daniel Leonedə xəstəlik 2014-cü ildə aşkarlanıb. O, cərrahi əməliyyat edilib və kimya terapiya kursu keçirib. Daniel Leone 1 il sonra məşqlərə qayıdıb.
Ancaq üç il sonra Leonedə xəstəlik təkrar aşkarlanıb. O, ikinci dəfə əməliyyat edilib. Lakin futbolçu bundan sonra daha meydançaya çıxa bilməyib və bir neçə il xəstəliklə mübarizə aparmağa başlayıb.
Daniel Leone İtaliyanın "Pontedera", "Torres", "Recina", "Katandzaro" klublarında çıxış edib.