Belarusun "Vitebsk” klubunun 20 yaşlı futbolçusu Kelvin Odeniqbo dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, nigeriyalı futbolçu Novoselki kəndindəki Ağ göldə boğularaq ölüb.
Qeyd edək ki, mərhum "Vitebsk” klubunun heyətində bu mövsüm 4 oyunda meydana çıxıb.
Röya