Dünya futbolunun canlı əfsanələrindən olan Ronaldinyo maraqlı açıqlama ilə diqqət çəkib.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, "Barselona" və Braziliya millisinin sabiq hücumçusu gecə həyatına qurşanmasıyla bağlı ona ünvanlanan sualı belə cavablandırıb:
"Gecə klublarında vaxt keçirməyimin, ziyafətlərə qatılmağımın karyerama ciddi zərbə vurduğunu düşünmürəm. İnsanların bu barədə danışmasını normal qarşılayıram. Amma məncə, bu yöndə səhv etməmişəm. Gecə klubları mənə meydanda hər hansı problem yaratmayıb. Geriyə boylananda özümü xoşbəxt sayıram. Hər şey arzuladığım kimi olub".
Nihat