Futbolun vətəni böhrana doğru gedir

Futbolun vətəni böhrana doğru gedir
İngiltərə çempionatının əfsanəvi “şir” loqosu ləğv olunur. Premyer Liqanın növbəti mövsümündə əfsanəvi “şir” simvolu olmayacaq. 
Belə ki, müqaviləyə əsasən “Barclays” Premyer Liqası hər il 40 milyon funt (90 milyon 724 manat) ödəyir. Lakin Sky və BT televiziya kanalı çempionatın oyunlarını yayımlamaq üçün 5 milyard funt ( 11 milyard 340 milyon 500 min manat) ayırıblar. 
Premyer Liqanın rəhbərliyi isə yeni müqavilənin bağlanmasında sponsor vəsaitlərinin böyük həcmdə artırmağından ehtiyat edirlər.
Ona görə də bankirlər İngiltərə Premyer Liqası ilə müqaviləni uzatmaqdan imtina ediblər. 2016-2017-ci ildə dünyanın ən bahalı çempionatında titullu sponsor olmayacaq.
Futbolun vətəni böhrana doğru gedir
İngiltərə çempionatının simvolu 
Artıq çempionata yeni loqo hazırlanır. Premyer Liqa 1993-2001 illəri arasında "Carlingin" spornsorluğunda oynansa da, 2001-ci ildən "Barclays" bankının sponsorluq etməyə başladı.
Futbolun vətəni böhrana doğru gedir
1992-93 mövsümündən bu yana cəmdə 45 klubun mübarizə etdiyi çempionatda yalnız 5 komanda qalib gəlib. Bunlar "Mançester Yunayted" (13 dəfə), "Çelsi" (4 dəfə), "Arsenal" (3 dəfə), "Mançester Siti" (2 dəfə) , "Bolton Rovers"di (1 dəfə). 
Futbolun vətəni böhrana doğru gedir
İngiltərə çempionatının turnir cədvəli 
Hazırda İngiltərə çempionatının lideri "Arsenal"dı. İngiltərənin ən titullu komandası "Mançester Yunayted" isə 6-cı yerdədi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər