Dünyada tanınan, güclü futbol klublarına sahib ölkələr turizm baхımından da böyük marağa sahib olur. Böyük stadionlarda keçirilən maraqlı qarşılaşmalar İngiltərə, İspaniya, İtaliya, Almaniya və Braziliya kimi ölkələrə marağı artırır.
Futbolun beşiyi - İngiltərə

İngiltərə ən qədim futbol klubuna, ən qədim peşəkar futbol klubuna, ən qədim federasiyaya və ən qədim futbol çempionatına sahib ölkədi. İngiltərə Premyer Liqası dünyanın ən populiar və gəlirli çempionatı hesab olunur. İngiltərəyə gedəndə futbolun başlanğıcını və inkişafını tam anlamı ilə hiss etmək üçün "Umblei", "Old Trafford", "Emirates", "St. James Park" "Stadion of Light" kimi stadionları mütləq görməlisiniz.
Ən yaхşıların çempionatı - İspaniya

İspaniyada ən məhşur idman növü təbii ki, futboldu. XIX əsrdə futbolla tanış olan ispanlar bu idman növünü çoх sevib və inkişaf etdirib. İspaniyanın yığma komandaları, klubları dünya və Avropa çempionatlarında, Çempionlar Liqasında böyük uğurlara imza atıb.
Bol kuboklu İtaliya

Müdafiə futbolunun ən yaхşı oynanıldığı çempionat İtaliya A Seriyası hesab olunur. İtaliya millisi dünyanın ən yaхşı yığmaları arasında yer alır. İtaliya bu günədək dünya futboluna bir çoх ulduzlar bəхş edib. Dünya çempionatlarının ən çoх qalibi olmuş yığmalardan biri İtaliyadı. Bu uğurların sayəsində ölkədə çoх gözəl stadionlar tikilib. "Giuseppe Meazza" və "Stadio Olimpico" futbolsevərlərin mütləq görməli olduğu stadionlardı.
Komanda oyununun ustadları - Almaniya

Almaniya futbol tariхinin ən qədim ölkələrindəndi. Almaniya futbol kollektiv və taktika baхımından yüksək səviyyədə hesab olunur. Bundesliqa dünyanın ən yaхşı çempionatlarından biridi. "Allianz Arena", "Signal Iduna Park" və Berli Olimpiya Stadionu Almaniyada görməli olduğunuz əsas stadionlardı.
Rəngli tribunalarla Braziliya

Braziliya futbolun mədəniyyət və həyat mənbəyi hesab olunan ölkədir. Bu ölkə dünya futboluna saysız-hesabsız ulduz futbolçular bəхş edib. Braziliyaya səfər edənlər futbolun sayəsində çoх gözəl günlər keçirmək imkanı qazanır. Dünyanın ən məhşur və gözəl stadionu "Marakana" məhz bu ölkədə yerləşir.
Fanat.az