Futboldan uzaqlaşdırılanlar milliyə çağrıldı

Futboldan uzaqlaşdırılanlar milliyə çağrıldı

Fransada keçiriləcək "AVRO-2016"nın final mərhələsində iştirak edəcək Ukrayna millisinin də heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, seçmənin baş məşqçisi Mixail Fomenko yığmaya 27 futbolçu dəvət edib.

Maraqlıdı ki, bunlar arasında Ukrayna Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 6 aylıq futboldan uzaqlaşdırılan Ruslan Rotan və Roman Zozulyanın da adı var. "Dnepr"in futboçuları ölkə kuboku çərçivəsində keçirilən "Zarya” ilə matçdan sonra görüşün baş hakiminə fiziki təzyiq göstərdiyi üçün ağır cəza ilə üzləşiblər.

Qapıçılar: Denis Boyko ("Beşiktaş”, Türkiyə), Andrey Pyatov ("Şaxtyor”), Nikita Şevçenko ("Zarya”)

 

Müdafiəçilər: Artyom Fedetski ("Dnepr”), Yevgeni Xaçeridi ("Dinamo”), Boqdan Butko ("Amkar”), Nikita Kamenyuk ("Zarya”), Aleksandr Kuçer, Yaroslav Rakitski, Vyaçeslav Şevçuk (hamısı "Şaxtyor”)

 

Yarımmüdafiəçilər: Ruslan Rotan, Yevgeni Şaxov (hər ikisi "Dnepr”), Oleq Qusev, Sergey Rıbalka, Denis Qarmaş, Sergey Sidorçuk, Andrey Yarmolenko (hamısı "Dinamo”), Yevgeni Konoplyanka ("Sevilya”, İspaniya), Anatoli Timoşuk ("Kayrat”, Qazaxıstan), İvan Petryak, Aleksandr Karavayev (hər ikisi "Zarya”), Taras Stepanenko, Viktor Kovalenko, Maksim Malışev (hamısı "Şaxtyor”)

 

Hücumçular: Roman Zozulya ("Dnepr”), Artyom Kravets ("Ştutqart”, Almaniya), Filipp Budkovski ("Zarya”).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər