Futbolda şok olay: Prezident stadionun işıqlarını söndürdü, penalti ləğv olundu

Futbolda şok olay: Prezident stadionun işıqlarını söndürdü, penalti ləğv olundu
Küveyt Premyer Liqasının XII turunda keçirilən "Əl Salmiya" - "Əl Qudisiya" matçı ilginc hadisəyə səhnə olub.

Fanat.Az xəbər verir ki, qarşılaşmanın baş hakimi oyunun son dəqiqələrində "Əl Qudisiya"nın leyhinə penalti təyin edib. Bu qərardan qəzəblənən "Əl Salmiya"nın prezidenti Talal Əl Fahd Əl Sabah meydana çıxaraq futbolçuları paltardəyişmə otağına yollayıb və stadionun işıqlarını söndütdürüb.
Prezidentin bu addımından sonra matçın hakimi epizoda VAR-da baxaraq penaltini ləğv edib. Beləliklə, görüş 0:0 hesabı ilə başa çatıb.
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər