Futbolda ölkə prezidentinə kobudluq edən klubun rəsmiləri həbs edildi - FOTO

Futbolda ölkə prezidentinə kobudluq edən klubun rəsmiləri həbs edildi - FOTO
Afrika ölkəsi "Burundi"də keçirilən bir futbol matçında dünya tarixinə düşəcək hadisə baş verib.
Fanat.Az xəbər verir ki, ölkənin prezidenti olan və eyni zamanda "Haleluya" klubunda oynayan Pyer Nkurunziza komandası ilə meydana çıxdığı oyunda ona qarşı kobudluq edən "Kiremba" klubunun iki rəsmisini həbs etdirib.
İddialara görə, "Kiremba"da çıxış edən konqolu qaçqın futbolçular ölkə prezidentinin rəqib komandada oynadığını bilmirmiş və buna görə də ona qarşı sərt oynayıblar.
Bu səbəbdən də "Kiremba"nın rəsmilərindən Kiryakue Nkezabahizi və Mişel Mutama prezidentə qarşı təxribat ittihamlı ilə həbs edilib.
 
Futbolda ölkə prezidentinə kobudluq edən klubun rəsmiləri həbs edildi - FOTO Futbolda ölkə prezidentinə kobudluq edən klubun rəsmiləri həbs edildi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər