Futbolda inqilabi dəyişiklik - Reqbi qaydaları

Futbolda inqilabi dəyişiklik - Reqbi qaydaları

Tezliklə peşəkar futbolun qaydalarında növbəti dəyişiklik baş verə bilər. Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Mənbənin məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası İngiltərə Premyer Liqası kimi yüksək səviyyəli yarışlarda reqbi qaydalarına bənzər müvəqqəti dayandırmaların tətbiqinə hazır olduğunu bildirib. Təcrübə növbəti mövsümdə başlaya bilər. IFAB qırmızı vərəqə tələb etməyən, lakin sadə xəbərdarlıq üçün çox ciddi olan pozuntulara görə on dəqiqəlik müvəqqəti dayandırma tətbiq etməyi düşünür. Bu, taktiki qayda pozuntularına da aid ediləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər