Futbolda inqilab: ilk dəfə 4 oyunçu dəyişikliyi

Futbolda inqilab: ilk dəfə 4 oyunçu dəyişikliyi

Almaniya kubokunun oyununda ilk dəfə 4 oyunçu dəyişikliyindən istifadə edilib. Fanat.Az xəbər verir ki, bu 3-cü liqada çıxış edən "Arminia" (Bielefeld) və 4-cü liqa klubu "Astoria" arasında keçrilən matçda baş verib.

"Astoria" stadionunda keçrilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında "Arminia" 5:4 hesablı qələbə qazanaraq 1/4 finala çıxıb.

Qarşılaşmada ilk dəfə 4 oyunçu dəyişliyindən istifadə edilib. Bu haqdan ilk olaraq "Astoria" yararlanıb. 3 oyunçüu dəyişikliyi edən meydan sahibləri 117-ci dəqiqədə 4-cü dəyişikliyə əl atıb və Markus Meyerin yerinə Benjamin Hofmann meydana çıxıb.

"Arminia" isə bu şansdan 120-ci dəqiqədə yararlanıb. Bielefeld təmsilçisi Sebastian Şkppanın yerinə Florian Hartersi meydana buraxıb.

Qeyd edək ki, Almaniya Futbol Federasiyası təxminən 2 ay öncə əlavə vaxt təyin edilən oyunlarda 4 dəyişikliyə icazə verən qərar qəbul edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər