Futbolda əlavə əvəzetməyə icazə verilə bilər

Futbolda əlavə əvəzetməyə icazə verilə bilər
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunçunun beyin sarsıntısı keçirmə şübhəsi olduqda əlavə əvəzetmə tətbiq edilməsi variantını müzakirəyə çıxaracaq.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qurum bu yeniliyin dərhal sınaqdan keçirilməsinin və dekabr 16-dakı illik iclasda təsdiqlənmə ehtimalının lehinə çıxış ediblər.
Həmçinin koronavirus pandemiyası dövründə beş əvəzetmə qərarının qüvvədə saxlanılmasını müdafiə edən qurum VAR sisteminin texnologiyasını büdcəsi məhdud olan liqalar və federasiyalar üçün daha əlçatan etmək barədə düşünür.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər