Futbolda bu dəyişiklik nə vaxtdan tətbiq olunacaq? - Tarix bilindi

Futbolda bu dəyişiklik nə vaxtdan tətbiq olunacaq? - Tarix bilindi

Futbolda ofsayd qaydası 2025-ci ildə dəyişə bilər. Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) “Arsenal”ın keçmiş baş məşqçisi, hazırda isə FİFA-da futbolun inkişafı üzrə rəhbəri olan Arsen Vengerin təklif etdiyi bu yeniliyi artıq sınaqdan keçirir.

Yeni qaydalara əsasən, hücum edən oyunçu müdafiə olunandan indiki kimi tək bir üzvü ilə deyil, bütün bədəni ilə öndə olarsa, ofsayd hesab olunacaq.

Artıq 2023-cü ilin noyabr ayından İsveç və İtaliyada gənclər arasında keçirilən turnirlərdə sınaqların keçirilməsinə başlanılıb. IFAB 2025-ci ilin fevralından tez olmayan məlumatların toplanması və yeniliyin təhlilini başa çatdıracaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər