Şotlandiya çempionatının "Dandi Yunayted" - "İnverness" (0:2) matçında yaşanan qeyri-adi olaya görə, meydan sahiblərinin futbolçusu Qevin Qanninq komandadan uzaqlaşdırılıb.
Fanat.az xəbər verir ki, 25 yaşlı futbolçu matçın ortasında topu əlinə götürüb və zədə aldığını bəyan edərək meydanı tərk edib. Yerli azarkeşlər onun bu hərəkətini ironik alqışlara tutub və irlandiyalı futbolçunu təhqir ediblər.
"Dandi Yunayted"in finlandiyalı baş məşqçisi Miksu Paatelaynen onu yenidən meydançaya qaytarsa da, futbolçu 60-cı dəqiqədə Şon Dillonla əvəzlənib. Klub isə bu barədə belə açıqlama yayıb: "Qevin Qanninq "Dandi Yunayted"i qarşılıqlı razılıq əsasında tərk edib. Bu, xüsusi məsələdir və klub bu barədə hər hansı açıqlama verməyəcək".
Buna baxmayaraq, komandanın baş məşqçisi Qevin Qanninqin "Dandi Yunayted"in oyunçusu kimi qaldığını və istədiyi vaxt düşərgəyə dönə biləcəyini bildirib.
Fanat.az