Futbolçuya qarşı sui-qəsd edildi

Futbolçuya qarşı sui-qəsd edildi
Kolumbiyanın "Deportivo Kali" klubunda çıxış edən Xuan Sebastian Quynteroya qarşı sui-qəsd edilib.
Fanat.Az xəbər verir ki, hadisə Alfaquara bölgəsində baş verib. Naməlum şəxslər futbolçunun avtomobilini atəşə tutub. Maşına ən azı 6 güllə dəyib. Xoşbəxtlikdən Quyntero və həmin vaxt yanında olan qardaşı xilas ola bilib. 
Bazar ertəsi baş verən olayla bağlı araşdırma başlayıb. Hələlik hücumun kimlər tərəfindən və hansı məqsədlə edildiyi bilinmir. 
"El Pais de Cali" qəzetinə açıqlama verən futbolçunun atası faktı təsdiq edib. 
Hadisədən bir neçə saat əvvəl "Deportivo Kali" "Deportivo Pasto"nu 1:0 hesabı ilə məğlub edib. Yerli qəzktlər "Deportivo Kali"nin daha iki futbolçusunun - Nikolas Benedetti və Ceyson Anqulonun da təhdid edildiyini yazıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər