Futbolçuya hücum edilib: Özünü yaraladılar, avtomobilini yandırdılar

Futbolçuya hücum edilib: Özünü yaraladılar, avtomobilini yandırdılar
"Brest"in "Maynts"dan icarəyə götürdüyü müdafiəçi Ronael Pyer-Qabriel Fransada hücuma məruz qalıb.
Fanat.Az xəbər verir ki, "Brest" sosial media hesabları vasitəsilə bu barədə bəyanat yayıb:
"Dünən gecə Brestdə oyunçumuz Ronael Pyer-Qabrielə hücum edilib və nəticədə o yaralanıb. Daha sonra onun avtomobili yandırılaraq tamamilə məhv edilib.
"Brest" bu hadisəni qəti şəkildə pisləyir və Ronaelə tam dəstəyini nümayiş etdirir. Təəssüf ki, iki həftə əvvəl Finisterə (Fransanın qərbində yerləşən, Bretan regionun departamentlərindən biri - Fanat.Az) gələn oğlanın başına da bənzər hadisə gəlib.
Bu, bizim məsələ ilə bağlı yeganə rəsmi bəyanatımızdı. Klub hökumət qurumlarının hadisəyə aydınlıq gətirməsinə razılıq verir. Belə sakit bir şəhərdə bu cür insidentlər adi hala çevrilməməlidi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər