Futbolçunun oyun zamanı ürəyi dayandı

Futbolçunun oyun zamanı ürəyi dayandı

Norveçin "Soqndala" klubunun futbolçusu Emil Palssonun oyun zamanı ürəyi dayanıb. 

Fanat.Az xəbər verir ki, bu barədə ölkənin TV2 kanalı məlumat yayıb. 

Xəbərə görə, hadisə Norveç II Divizionunda "Soqndal" - "Stordals-Blink" komandalarının oyunu zamanı baş verib. 

Matçın 12-ci dəqiqəsində yarımmüdafiəçi meydançada yerə yıxılıb. Həmin an 28 yaşlı oyunçunun ürəyi dayanıb. Palsson həkimlərin yerində və dəqiq müdaxiləsi sayəsində həyata qayıdıb. Futbolçuya 11 dəqiqə ərzində tibbi yardım göstərilib, daha sonra isə xəstəxanaya aparılıb. 

Qeyd edək ki, yarımçıq dayandırılan matç təxirə salınıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər