"Latsio"nun futbolçusu Alessandro Matrinin həyat yoldaşı Federika Narginin açıqlaması yerli mediada geniş müzakirələrə səbəb olub. Fanat.az xəbər verir ki, buna səbəb onun əri ilə "Latsio"nun əzəli rəqibi "Roma"nın kapitanı Françesko Tottini müqayisə etməsi olub.
Belə ki, jurnalistlər Federika Nargi "Alessandro Matri, yoxsa Françesko Totti" sualını verib. Futbolçunun xanımı isə "Totti" cavabını verib: "Üzgünəm sevgilim, amma Totti "Roma"nın kralıdı".
Fanat.az