Çin millisinin üzvü Jianq Zipenq ilginc bir səbəb üzündən cəzalandırıla bilər. Fanat.Az xəbər verir ki, o, bu təhlükə ilə həyat yoldaşının Çin Futbol Fedarasiyasına müraciəti səbəbindən üzləşib.
28 yaşlı futbolçunun həyat yoldaşı Zanq Ziyue "Weibo" hesabından yayımladığı açıqlamada ərinin ondan boşanmaq üçün məhkəməyə müraciət etdiyini və sevgilisi Xiao Binqi seçdiyini elan edib. Həyat yoldaşının 4 illik evliliklərinin böyük hissəsində başqa qadınlarla birlikdə olduğunu yazan Zanq "Onu ən çətin vaxtlarında dəstəklədim, bir qəpik pulu olmadığı vaxtlarda belə yanında oldum. Amma o, mənə qarşı hər pisliyi etdi. İndi sevgilisinə görə məndən boşanmaq istəyir" yazıb.
Ərinin milli komandadan və "Quanqzu R&F" klubundan qovulması üçün federasiya və kluba məktub yollayan Zanq bunları deyib: "Sizə yalvarıram, Jianq Zipenqi heyətdən kənarlaşdırın. Ümid edirəm ki, siz də ədalətin təmin olunması üçün mənimlə eyni cəbhədə yer alacaqsınız".

Fanat.Az