"Nant" - PSJ (0:1) matçında futbolçunu vuran və bu azmış kimi, onu meydandan da qovan hakim - 46 yaşlıToni Şapron hərəkətinə aydınlıq gətirib.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1-in XX turu çərçivəsində baş tutan görüşdə vurduğu Dieqo Karlosdan üzr istəyib: "Aldığım zərbədən sonra qısa müddət əvvəl zədələndiyim yerdə böyük ağrı hiss etdim. Bunun da nəticəsində çox pis hərəkətə yol verdim və ayağımı futbolçuya tərəf uzatdım. Epizoda təkrar baxdıqda oyunçunun məni qəsdən yıxmadığını gördüm. Bu səbəbdən də, matçdan sonra raporta ona verdiyim ikinci sarı vərəqənin ləğv edilməsini yazdım”.
Qeyd edək ki, Fransa Futbol Federasiyası olayla bağlı araşdırma yekunlaşdırılana qədər Şapronu hakimlikdən uzaqlaşdırıb.
Fanat.Az