Futbolçunu silahla hədələyib soydular

Futbolçunu silahla hədələyib soydular

İtaliyada xorvat futbolçu Toma Başik soyğuna məruz qalıb.

Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Latsio"nun 25 yaşlı yarımmüdafiəçisi Romada silah hədəsi altında qarət edilib.

Quldur onun bədəninə silah dayayaraq saatını götürüb. Futbolçu maşından düşərək restorana doğru hərəkət edərkən hücuma məruz qalıb. Motosikletlə yaxınlaşan dəbilqəli və maskalı şəxs saatı götürdükdən sonra aradan çıxıb.

Futbolçunu silahla hədələyib soydular

Hadisə gecə vaxtı Romanın varlılar zonası sayılan Parioli rayonunda baş verib.

Basiç ötən ilin avqustunda "Bordo"dan "Latsio"ya keçib. O, indiyədək A Seriyasında 15, Avropa Liqasında isə 6 oyuna çıxıb. Yarımmüdafiəçi bir qol vurub, iki məhsuldar ötürmə edib. O, karyerasında "Hayduk" və "Rudeş" komandalarında da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər