Futbolçunu həm soydular, həm də qol vurmasını istədilər

Futbolçunu həm soydular, həm də qol vurmasını istədilər
"Napoli"nin futbolçusu Lorenzo İnsigne soyğuna məruz qalıb. Fanat.az xəbər verir ki, soyğunçular futbolçuya Napolidə - yolun ortasında hücum edib.
BBC-nin xəbərinə görə, İnsigne və dostlarının getdiyi maşını dayandıran soyğunçular onların üzərindəki pulları və qiymətli əşyaları alıblar. Daha sonra isə onlar 25 yaşlı futbolçudan onlar üçün qol vurmasını istəyiblər.
Hadisə şənbə günü gecə yarısı baş verib. Futbolçunun meneceri Antonio Ottayano bildirib ki, maşında İnsigne, həyat yoldaşı Cenni və onun iki dostu olub. Soyğunçular onlara işıqforda hücum edib. Üzlərini kaskla gizlədən motosikiletli soyğunçular onların üzərinə silah çəkərək 800 avronu, "Rolex" markalı saatı və iki briliyant üzüyü aparıblar. Soyğunçulardan biri isə hadisə yerindən uzaqlaşmadan öncə İnsigneyə "Fiorentina" ilə oyunda mənim üçün qol vur" deyib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər