Futbolçunu bilərəkdən komaya saldılar

Futbolçunu bilərəkdən komaya saldılar

"Bordo"nun hücumçusu Albert Xosue Elis Liqa 2-nin 26-cı turunun "Qinqamp"la oyununda (1:0) kəllə-beyin travması alıb. 

Fanat.Az xəbər verir ki, forvard rəqibi ilə hava duelindən sonra qazona uğursuz şəkildə düşərək xəsarət alıb. 

O, huşunu itirib və xərəklə meydançadan çıxarılıb. “Le Parisien”-in məlumatına görə, рщтвгкфыдж futbolçu bir müddət sonra özünə gəlsə də, xəstəxanaya təhlükəsiz çatdırılması üçün süni şəkildə yenidən komaya salınıb. 

Evdəki qələbədən sonra "Bordo" Fransa ikinci divizionunun turnir cədvəlində 13-cü yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər