Makedoniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Fanat.Az xəbər verir ki, həmyerlimiz Tural Hümbətovun şərəfini qoruduğu “Pobeda” da ölkə kuboku çərçivəsində səfərdə “Breqalniça” ilə üz-üzə gəlib.
Oyun Hümbətovun komandasının 3:2 hesablı qələbəsiylə başa çatıb. Tural meydana start heyətində çıxıb və sonadək əvəzlənməyib.
Cavab qarşılaşması oktyabrın 18-də “Pobeda”nın meydanında keçiriləcək.
Fanat.Az