Futbolçumuz oynadı, darmadağına sevindi

Futbolçumuz oynadı, darmadağına sevindi

Rusiya çempionatının 1-ci divizionunda 26-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Tomsk” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0. Kamran 72-ci dəqiqədə oyuna qoşulub. Cari mövsüm 8 qol vuran azərbaycanlı forvard bu dəfə meydanı qolsuz tərk edib.

 

26 tura 53 xal yığan "Ximki” 20 kollektivin yer aldığı turnir cədvəlində 2 liderdən biridi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər