Futbolçumuz hava limanında qalıb - koronavirusa görə

Futbolçumuz hava limanında qalıb - koronavirusa görə
"Çox şükür, sağlamlığımda bir problem yoxdur. Ancaq artıq bir gündür hava limanında qalmışam. Çempionat dayanıb. Hamı öz evinə yollanıb. Mən də Bakıya qayıtmaq istəyirəm”
Fanat.Az xəbər verir ki, bu sözləri matc.az saytına Bosniya və Herseqovinanın "Çelik" klubunda çıxış edən Elvin Yunuszadə deyib. O, daha sonra belə davam edib:
"Çox şükür, sağlamlığımda bir problem yoxdur. Ancaq artıq bir gündür hava limanında qalmışam. Bakıya reys yoxdur. Məcbur İstanbulda yaşayıram”.
Qeyd edək ki, millimizin sabiq üzvü "Çelik” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər