Futbolçularına ən çox maaş verən klub: nə "Real", nə "Barsa"...

Futbolçularına ən çox maaş verən klub: nə "Real", nə "Barsa"...

Futbolçularına ən çox maaş verən klubların siyahısı məlum olub. Fanat.Az xəbər verir ki, bununla bağlı İngiltərənin “Daily Mail” nəşri araşdırma aparıb.

Məlum olub ki, dünyada futbolçularına ən çox maaş verən klub “Mançester Yunayted”di. İngiltərə klubunun bir üzvünün maaşı illik orta hesabla 5.77 milyon funt-sterlinqə (həftəlik 110 min funt) bərabərdi.

İkinci pillədəki “Barselona” 5.65, üçüncü yeri tutan “Mançester Siti” 5.42 milyon funt-sterlinq maaş verir.

İlk onluğa həmçinin “Real” (5.05 milyon), “Çelsi” (4.51 milyon), PSJ (4.47 milyon), “Bavariya” (4.16 milyon), “Yuventus” (3.97 milyon), “Arsenal” (3.7 milyon) və “Liverpul” (3.1 milyon) daxildi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər